"Napoli"nin azarkeşləri "Marsel"in avtobusunu daş-qalaq etdi

Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Napoli" - "Marsel" oyunu öncəsi Neapol təmsilçisinin azarkeşləri "Marsel"in futbolçularını daşıyan avtobusu daş-qalaq ediblər. Qol.Az-ın məlumatına görə, avtobusun bir neçə şüşəsi qırılsa da, fransız klubunun heç bir oyunçusu xəsarət almayıb.
Bu hadisənin UEFA Nizam-İntizam Komitəsi tərəfindən araşdırılacağı gözlənilir. Belə ki, "Napoli" "Arsenal"a qarşı keçirəcəyi növbəti ev görüşünü azarkeşsiz oynaya bilər.
Xatırladaq ki, dünən keçirilən görüş 3:2 hesabı ilə "Napoli"nin qələbəsi ilə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31