Soçi Olimpiya məşəli kosmosda
7 Noyabr 2013 11:37 İdman2014-cü il Soçi Qış Olimpiya Oyunlarının məşəli bu gün səhər saatlarında kosmosa göndərilib. Bu barədə BBC-yə istinadən "OLAYLAR" məlumat verir. Məlumatda qeyd olunur ki, məşəl yandırılmayıb. Məşəlin göndərildiyi Baykonur bazasında olan BBC müxbiri bildirib ki, Rusiya hökuməti məşəli kosmosa apararaq Rusiyanın güclü, müasir bir dövlət olduğunu göstərmək istəyirlər. Məşəli kosmosa Rusiya, ABŞ və Yaponiyadan olan üç kosmonavt aparıb. Olimpiyanın simvolu olan məşəl altı saat davam edəcək səyahətdən sonra Beynəlxalq Kosmos Stansiyasında iki rus kosmonavta veriləcək. Məlumat üçün qeyd edək ki, Rusiya SSRİ dövründən sonra ilk dəfədir ki, Olimpiya Oyunlarına ev sahibliyi edir. Soçi Qış Olimpiya Oyunları 50 milyard dollarlıq maliyyəsi ilə ən bahalı Olimpiya Oyunları kimi tarixə düşüb.