Azad Rəhimov Monakoya səfər edib
6 Noyabr 2013 15:49 İdmanGənclər və idman naziri Azad Rəhimov Monako Knyazlığına səfər edib. Nazirlikdən "OLAYLAR"-a verilən məlumata görə, səfərdə məqsəd Şahzadə II Albertin yüksək himayəsi ilə öz işinə başlayan 7-ci "Sülh və idman" Beynəlxalq Forumunda iştirak etməkdir. Tədbir çərçivəsində dünyanın 100-dən artıq ölkəsindən 700-dən çox siyasi və idman liderləri, beynəlxalq təşkilatların rəhbərləri və elm sahəsinin nümayəndələri bir araya gələrək beynəlxalq idman əməkdaşlığının möhkəmləndirilməsi, idmana qoyulan sərmayənin artırılması və digər mühüm mövzular ətrafında müzakirələr aparacaqlar. Tədbirdə eyni zamanda Bakı 2015 Olimpiya Oyunları haqda da iştirakçılara məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31