Arda Turana şok toy təklifi
6 Noyabr 2013 14:50 İdmanİspaniyanın "Atletiko" (Madrid) klubunda oynayan türk futbolçu Arda Turan ilə aktrisa Sinem Kobalın toy günü müəyyənləşib. Nikah və toy mərasimi İstanbuldakı "Çırağan Sarayı" otelində olacaq. İlin toyunda özlərini reklam etdirmək istəyən çoxsaylı şirkətlər Arda Turana təkliflər yollayırlar.
Arda və Sineme masaların bəzədilməsi, nişan üzükləri, havaya buraxılacaq fişənglər, ayaqqabı, gəlinlik və bəylik paltarları, toy tortu, qonaqlara paylanacaq hədiyyələr, toy maşınından tutmuş, qırmızı xalıya qədər ən müxtəlif detallarla bağlı təkliflər var.
Arda Turan bu təkliflərdən şoka düşüb və faktiki olaraq toyu pulsuz edə bilsə də, təklifləri qəbul etməyib.
400 qonağın dəvət ediləcəyi toy 1 milyon lirəyə başa gələcək. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31