Yaya Ture: "Azarkeşlərimiz MOİK fanatlarına göstərdi ki, dəstək necə olur"

Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Mançester Siti" evdə MOİK-i 5:2 hesabı ilə məğlub edib. Apasport.az saytının məlumatına görə, oyundan sonra yerli mətbuata açıqlama verən "şəhərlilər"in fildişi sahilli futbolçusu Yaya Ture böyükhesablı qalibiyyəti dəyərləndirib:

"Möhtəşəm oyun oldu. Düşünürəm ki, komandamız bu qələbəni haqq etdi. Biz ilk dəfə növbəti mərhələyə vəsiqəni təmin etdik. Bu matçda çox güclü mübarizə apardı. Həmçinin azarkeşlərimizə də təşəkkür edirəm. Onlar MOİK-in azarkeşlərinə göstərdi ki, dəstək necə olur. Qələbə qazandığımız üçün şadıq. Bu gün (ötən gün) həm bizium, həm də azarkeşlərimiz üçün xüsusi bir gündür".

Qeyd edək ki, Ture Moskvadakı oyunda MOİK-in azarkeşləri tərəfindən irqçi təhqirlərə məruz qalmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31