Ronaldo: "Qol vurmağa davam edəcəm"

"Çox yaxşı oynamadıq, daha çox müdafiə olunduq. Sonradan baş məşqçimiz hücum etməyimizin lazım olduğunu söylədi. Boşluqlardan istifadə etmək məcburiyyətindəydik və bunu da bacardıq. Nəticədə iki qol vurduq".
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la oyundan (2:2) sonra deyib.
Bu il ÇL-də vurduğu qollarını sayını 14-ə yüksəldərək rekord qıran portuqaliyalı hücumçu bu uğurlu çıxışını davam etdirəcəyini bildirib: "İndidən bir mövsümdə 8 qol vurduğum üçün xoşbəxtəm. Qol vurmağa davam edəcəm".
Komanda yoldaşı Qaret Beyl haqda da danışan Ronaldo qeyd edib ki, uelsli futbolçu onlara çox kömək edir: "O, komanda üçün önəmli oyunçudur. Beyl hazırda hər şey yaxşı gedir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31