Antonio Konte: "Bir xal bizim üçün önəmli idi"

"Yuventus"un baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində "Real"la (Madrid) oyundan (2:2) sonra açıqlamalar verib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, futbolçularını göstərdiyi oyun münasibəti ilə təbrik edən təcrübəli mütəxəssis qazandıqları bir xalla üstünlük əldə etdiyini deyib: "Kopenhagen"i məğlub edəcəyimiz təqdirdə qrupdan çıxacağıq. Rəqibin qapıçısı İker Kasilyas qurtarışları ilə matçın futbolçu oldu. "Real" bir markadır və bu səbəbdən bir xal bizim üçün önəmli idi. Ancaq qələbə də qazana bilərdik".
A.Konte bildirib ki, "Kopenhagen"in "Qalatasaray"ı məğlub etməsi onlar üçün çox yaxşı olub: "Bu qrupda layiq olduğumuzdan daha az xalımız var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31