“Fatih Terim “Milan”a getməyəcək”
6 Noyabr 2013 02:29 İdmanTürkiyə Futbol Federasiyasının (TFF) millinin baş məşqçisi Fatih Terimlə müqaviləni nə zaman yeniləyəcəyi məlum olub. Qol.Az-ın sporx.com-a istinadən verdiyi məlumata görə, federasiyasının nümayəndəsi Ufuk Özerten millinin qarşıdakı iki hazırlıq matçından sonra bu barədə danışıqlara başlanılacağını deyib.
O, həmçinin Terimin "Milan"a gedəcəyi ilə bağlı xəbərləri də təkzib edib: "Biz ondan, o da bizdən razıdır. Bir-birimizə inanırıq. Baş məşqçimiz bizi qoyub, heç bir yerə getməz. Onunla kuboklar qazanmaq üçün müqavilə imzalamışıq. TFF-nin prezidenti Yıldırım Demirören millinin Şimali İrlandiya və Belarusla oynayacağı hazırlıq matçından sonra Terimlə müzakirı aparacaq və yeni müqavilə imzalanacaq".
Qeyd edək ki, təcrübəli mütəxəssisin milli ilə müqaviləsi 2014-cü ilin may ayında bitir.