Ronaldo Raulun rekordunu nə zaman yeniləyə bilər?
5 Noyabr 2013 20:32 İdman"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo klubun tarixində ən çox qol vuran oyunçu Raul Qonzalesin rekordunu bir ilə qıra bilər.
Qol.Az-ın məlumatına görə, əgər portuqaliyalı hücumçu qol vurmaq ənənəsini uğurla davam etdirsə, "Real"ın əfsanəvi kapitanı Raulun uğurunu (700 matça 323 qol) sadəcə 400 qarşılaşmada yeniləyə bilər. İndiyə kimi "Real"dakı karyerasında 214 matça 224 qol vuran Ronaldo bu mövsüm 15 görüşdə 20 qol vurub.
Qeyd edək ki, 28 yaşlı hücumçu hazırda klub tarixində ən çox qol vuran 5-ci futbolçudur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31