Pele: "Kostanın seçiminə hörmətlə yanaşmalıyıq"
5 Noyabr 2013 19:49 İdmanBraziliya futbolunun canlı əfsanəsi Pele "Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kostanın İspaniya millisini seçməsinə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, Pele Kostanın seçiminə hörmətlə yanaşmalı olduqlarını deyib: "Düşünürəm ki, biz Kostanın seçiminə hörmət etməliyik. Belə seçimin olması onun üçün bir üstünlük idi. Onu qınamaqdansa, dəstəkləmək lazımdır. Kosta Braziliya millisinə dəvət almadığı üçün İspaniyanı seçdiyini izah etməyə çalışırdı. Artıq bu haqda danışmağın əhəmiyyəti yoxdur. Kostanın seçiminə hörmətlə yanaşmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31