Karlos Tevez: "Ronaldonu qısqanmıram"
5 Noyabr 2013 12:27 İdman"Yuventus" klubunun futbolçusu Karlos Tevez Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqları Madrid "Real"ı ilə oyunöncəsi fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, argentinalı futbolçu "Real"ın Turində işinin çətin olacağını bildirib:
"Gözəl atmosferli bir oyun olacaq. Qarşıdakı hər üç oyun bizim üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan bu axşam qələbə qazanmaq istəyirik. "Real"ın işi çətin olacaq. Çünki azarkeşlərimiz bizi 90 dəqiqə dəstəkləyəcək. Ronaldoya gəldikdə onun potensialı hər kəsə bəllidir. Ronaldo tam bir fenomendir, ancaq onu qısqanmıram".
Qeyd edək ki, "Yuventus" - "Real" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31