Mourinyo: "Liverpul" çempion ola biləcək gücdə deyil"

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Liverpul" və ölkə çempionluğuna namizəd digər klublar haqda danışıb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi dərgisinə açıqlama verən portuqaliyalı mütəxəssis "Liverpul"un Premyer Liqada çempion ola biləcək gücdə olmadığını deyib. O, bunu komandanın heyətinin yetəri qədər dərin olmadığı ilə əlaqələndirib: "Onlar hazırda Avropa kuboklarında oynamırlar. Yəni həftədə bir matç çıxırlar. Məşqlər edib dincəlirlər. Buna görə də bu mövsüm liqaya yaxşı başlayıblar. Ancaq biz və digər komandalar avrokuboklarda oynayırıq. "Liverpul" hər nə qədər güclü görünsə də, yetərli heyətə sahib deyil".
Mourinyo çempion olmaq uğrunda mübarizə aparan digər klubları da dəyərləndirib: "Mançester Siti"ən yaxşı heyətə sahibdir. "Mançester Yunayted"in isə tarixi onları namizəd edir. "Tottenhem" yayda transferə çox pul xərclədi. Buna görə də iki eyni gücdə heyət yarada bilər. "Arsenal" isə addım-addım daha da irəliləyir. Onlar Məsut Özil kimi fərq yaradan oyunçular ala bilirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31