"Napoli” 12 milyon avroya Albiolu heyətinə qatıb

İspaniyanın "Real" klubunun müdafiəçisi Raul Albiol karyerasını İtaliyanın "Napoli" klubunda davam etdirəcək. Bu barədə Trend "La Gazzetta dello Sport" qəzetinə istinadən məlumat byayıb.
İtaliya klubu futbolçunu əldə etmək üçün "Real"a 12 milyon avro ödəyib.
İspaniya millisinin 27 yaşlı müdafiəçisi 18 oyunda meydana çıxıb, bir qol ötürməsi edib və bir dəfə də fərqlənə bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31