Berti Foqts "Neftçi" və "Qarabağ"ın oyunlarını izləyəcək
15 İyul 2013 19:11 İdmanAzərbaycan milli komandasının baş məşqçisi Berti Foqts UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Skenderbeu" (Albaniya) qarşılaşmasını izləyəcək.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, alman mütəxəssis UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 18-də Tofiq Bəhramov adına Respublik stadionunda keçiriləcək "Qarabağ" - "Piast" (Polşa) matçına da baxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31