“Pyast”ın “Qarabağ”la oyunları “Orange Sport”da

Polşanın "Pyast" klubunun Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"la oyunları öz ölkəsində canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, yerli TVP telekanalı ilə danışıqlar uğursuz nəticələnəndən sonra bütün diqqətlər "Orange Sport"a yönəlib.
Belə ki, Qlivitse təmsilçisinin ağdamlılarla iyulun 18-də səfər, 25-də ev oyununa bu telekanalda baxmaq mümkün olacaq. Bakıdakı oyun saat 21:00-da, Polşadakı matç bizim vaxtla saat 20:30-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ"ın polşalılarla Tofiq Bəhramov adına Respublika stadionundakı oyunu Az.TV və ya "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31