Mirel Yosa: Bakıda qollu heç-heçə etsək...

"Çempionlar Liqasında hər oyun çətindir. Rəqibimiz isə son mövsümlərdə böyük inkişafa nail olan komandadır". Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın "Skenderbeu" klubunun baş məşqçisi Mirel Yosa deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının "Neftçi" klubunun rəqibi olan albaniyalıların çalışdırıcısı Azərbaycana səfər ərəfəsində matç haqda fikirlərini açıqlayıb: "Neftçi" daha sabit komandadır. Lakin bu o demək deyil ki, biz mübarizəni elə II təsnifat mərhələsində dayandıracağıq. Bizim öz hədəfimiz var və bütün çətinliklərə baxmayaraq oyunumuzu oynayacağıq. Bakıda heç-heçə etməyimiz yaxşı olardı. Xüsusilə də bu qollu heç-heçə olsa. Lakin bu heç də o demək deyil ki, biz qələbə qazanmaq istəmirik. Qalib gəlmək bizim məqsədimizdir. Bilirəm ki. müdafiədə oynamalı olub. əks-hücumlarda qol vurmağa çalışmalıyıq".

Qeyd edək ki, "Neftçi" və "Skenderbeu" arasında ilk oyun iyulun 17-də 8-ci km stadionunda baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31