Qvardiola Mesut Özili istəyir

Ötən mövsüm Bundesliqanın qalibi olan və Çempionlar Liqası Kubokunu muzeyinə aparan Münhenin "Bavariya" klubu heyətini daha da gücləndirmək niyyətindədir.
Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın sükanı arxasına gətirilən Xosep Qvardiola "Real"ın türk əsilli futbolçusu Məsut Özilin transferini istəyib. Baş məşqçi "Borussiya" (Dortmund) klubunun lideri Mario Götzenin transfer edilməsindən sonra Məsut Özili də sərəncamında görmək istəyir.
Qeyd edək ki, "Bavariya" ötən gün "Barselona" klubunun futbolçusu Tiaqo Alkantranı da heyətinə qatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31