AFFA almaniyalılarla əməkdaşlıqda maraqlıdı

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Almaniya Futbol İttifaqındakı (AFİ) həmkarı Helmut Sandrockla görüşüb. Apasport.az saytının məlumatına görə, görüşdə AFFA ilə AFİ arasında 4 ildən artıq müddətdə davam edən əməkdaşlıq barədə söhbət açılıb.

Ölkəmizdə uşaq futbolunun inkişafı və məşqçilik kurslarının təşkili, Bakıda Azərbaycan və Almaniyanın veteranları, həmçinin hər iki ölkənin 17 yaşadək futbolçulardan ibarət komandaları arasında yoldaşlıq oyununun keçirilməsini xatırladan baş katiblər söhbətdə "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin təşkili və infrastrukturun genişləndirilməsi ilə bağlı AFİ tərəfindən AFFA-ya verilən tövsiyələr qeyd olunub.

Sonda AFFA-nın nəzərdə tutulan beynəlxalq layihələri barədə danışılıb. İki ölkənin futbol qurumları arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31