Messi: “Ronaldinyo mənə çox şey öyrədib”

"Barselona" klubun futbolçusu Lionel Messi keçmiş komanda yoldaşı Ronaldinyo və bir müddət baş məşqçisi olan Frank Raykard haqqında maraqlı açıqlamalar verib.
Publika.Az-ın məlumatına görə, argentinalı hücumçu "Barca TV"yə müsahibəsində daha yaxşı səviyyəyə çatmasında braziliyalı oyunçunun böyük rolu olduğunu deyib. O, Ronaldinyodan çox şey öyrəndiyini bildirib:
"Ronaldinyo Kataloniya klubunda olduğu zamanlarda mənim üçün önəmli biri idi. 16 yaşımda, xüsusilə də mənim kimi biri üçün soyunub-geyinmə otağı çox çətin idi.
Ancaq Ronaldinyo mənə çətin gələn hər şeyi asanlaşdırdı. Ondan çox şey öyrənmişəm".
Daha sonra keçmiş baş məşqçisi Raykard barədə danışan Messi ona minnətdar olduğunu dilə gətirib: "Bəzən onun məni niyə oynatmadığını düşünürdüm və bunun səbəbini anlamırdım. Sonradan əslində onun mənə çox yaxşı davrandığını gördüm. Ona minnətdaram, çünki o, mənim üçün doğru zamanı seçən birisi idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31