Şarapova məşqçisi ilə yollarını ayırd

"Olaylar" Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur rusiyalı tennisçi Mariya Şarapova onun karyerasının, uğurlarının memarı hesab olunan məşqçisi ilə yollarını ayırıb. Tomas Hoqştedin baş məşqçilik etdiyi dövrdə Şarapova bir çox uğurlara imza atıb. Şarapova məşqşisi ilə yollarını ayırması ilə bağlı verdiyi açıqlamada bildirib ki, Tomas Hoqşted ilə üç il birlikdə işlədikdən sonra yollarımızı ayırmaq qərarına gəldik. "Şəxsi problemlərinə görə o, xarici ölkələrə səfər gedə bilmirdi bə biz birlikdə qərara gldik ki, yollarımızı ayıraq. Mən ona minnətdaram və ona gələcək işlərində müvəffəqiyyət arzu edirəm" deyə idmançı xanım bildirib. Şarapova həmçinin Hoqştedi əvəz edəcək insanın adını yaxın günlərdə açıqlayacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31