Cüdo çempionu güllələndi
12 İyul 2013 14:10 İdmanUkraynanın məşhur idmançısı Koba Nadiradzeni maşınının yanında güllələyiblər. Qətlə yetirilmiş idmançı qarət olunub.
Milli.Az Life News-a istinadən bildirir ki, cüdo üzrə dünya və Avropa çempionu, Yaponiyadakı universiadanın sabiq mükafatçısı, 42 yaşlı K.Nadiradze Dnepropetrovsk şəhərində qətlə yetirilib.
Polisdən verilən məlumata görə, Nadiradze evinin qarşısında maşından düşəndə güllələnib. Cüdoçu 5 güllə yarası alıb.
Qətlin sifarişli olduğu istisna edilmir.
Şahidlərin dediklərinə görə, əynində kamuflyaj forma olan qatil K.Nadiradzenin maşınından ağır çantanı aparıb.
K.Nadiradzenin qətlinin bizneslə bağlı olduğu istisna edilmir. O, son illər dağ-mədən sənayesində bizneslə məşğuldu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31