“Real” İllarramendinin keçidi üçün 38 milyon avro təklif edir

İspaniyanın "Real" klubu yaxın vaxtlarda yarımmüdafiəçi Asyer İllarramendinin transferi ilə bağlı "Real Sosedad"a rəsmi təklif göndərəcək. Bu barədə Trend "Goal.com" saytına istinadən məlumat verib. Madrid təmsilçisi 22 yaşlı oyunçunun keçidinə görə, 38 milyon avro ödəməyə hazırdır.
"Real"ın prezidenti Florentino Peres bildirib: "İllarramendi ilə danışıqlar aparırıq. Bu oyunçu bizim xoşumuza gəlir".
Xatırladaq ki, iyun ayında İllarramendi gənclərdən ibarət İspaniya millisinin heyətində Avropa Çempionu olub. Daha əvvəl isə, o "Sosedad"la olan müqaviləsini 2018-ci ilə qədər uzadıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31