UEFA Bakıda keçirilən oyunlarla bağlı qərar verdi

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının bəzilərinin yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, iyulun 18-də Bakıda 2 qarşılaşma keçirilməli olduğundan bu matçların da biri ilə bağlı qərar verilib.
Həmin gün "İnter" Norveç "Tromse"sini, "Qarabağ" Polşa "Pyast"ını qəbul etməli idi. Üstəlik bundan 1 gün əvvəl Çempionlar liqasının II təsnifat mərhələsində "Neftçi" Albaniya "Skenderbeu"sunu qəbul edəcək.

Bütün bunlara, əssən, Avropa Liqasındakı oyunlarımızdan birinin yerinin dəyişdiriləcəyini gözləmək mümkün idi. Elə UEFA-da Bakı stadionlarınmı nəzərə alaraq müvafiq addım atıb. Belə ki, "İnter" ilk matçını Norveçdə keçirəcək. Dünən Finlandiyada "Mariehamn"ı udan təmsilçimiz növbəti cümə axşamı Skandinaviyanın digər ölkəsində meydana çıxacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31