İbrahimoviç "Real"da oynamaq istəyir
Futbolçunun agenti Madriddə "Kral klubu" rəhbərliyi ilə danışıqlar aparır
12 İyul 2013 12:18 İdmanFransanın PSJ klubunun isveçli hücumçusu Madrid "Real"ına transfer oluna bilər. ANS PRESS-in məlumatına görə, artıq futbolçunun agenti Mino Rayol Madridə gələrək "Real"ın rəhbərliyi ilə görüşüb.
Mino Rayolun "Real" rəhbərliyini Runi və Suaresi deyil məhz onun müştərisini almağa dilə tutduğu deyilir. Qeyd edək ki, Karlo Ançelottinin PSJ-dən "Real"ın baş məşqçisi postuna keçdikdən sonra Zlatan İbrahimoviçə İspaniyaya köçmək istədiyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31