“Neftçi”nin hücumu təhlükəlidi, müdafiəsində problem var” – MÜSAHİBƏ

"Skenderbeu"nun futbolçusu Ditmar Biçi vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, zədədən qayıdan müdafiəçi "Neftçi" ilə Çempionlar Liqasında qarşıdakı oyunlar və öz gələcək taleyi haqda danışıb.

- Sizcə, turnirdəki rəqib nə qədər münasibdir?
- Biz rəqibi yaxşı tanıyırıq. Çünki "Neftçi" ilə 2 il öncə yoxlama oyununda üzləşmişik. Mən onu ehtimal edirəm ki, komanda güclüdür, heyəti dağılmayıb. Əgər müqayisə aparsaq, onu deyə bilərəm ki, ən münasib rəqiblər "Debtersen"lə "Neftçi" idi.

- "Neftçi"nin maliyyə vəziyyətinin klubunuzdan yaxşı olmağı oyuna necə təsir edəcək?
- Əlbəttə, büdcənin böyüklüyü komandanın gücünü bu və ya digər formada göstərir. "Neftçi"nin hücum xətti təhlükəlidir. Ancaq müdafiəsində daha çox problem var.

- Siz hazırlıq mərhələsində zədələndiyinizdən, komandanızın müdafiə xəttində problemlər oldu. Bu, nəyi göstərir?
- Onu unutmaq lazım deyil ki, biz yoxlama oyunlarında çox güclü rəqiblərlə üzləşdik. Ancaq belə nəticəyə gəldik ki, bu matçlar rəsmi oyunlardan çox fərqlənir.

- Zədəniz necədir?
- Bir qədər ciddi idi, ancaq indi yaxşılaşır. Heyətin formalaşdırılması problemini baş məşqçimiz həll edir. Ancaq buna baxmayaraq, fikrimcə, ilk oyunda meydana çıxmağım bir qədər çətindir. Çünki çoxlu məşq buraxmışam.

- İlk oyunu səfərdə keçirəcəksiniz. Bu, sizin müsbətdir?
- Hamı ilk matçı rəqib meydanında keçirməyi istəyirdi. Ancaq bununla belə, ehtiyatlı olmalıyıq. Çünki ilk oyun bu və ya digər formada cütün taleyini həll edir. Ancaq səfərdə vurulan qol çox kömək olur.

- Korçaya gələn komandalara nə qədər çətin olur?
- Əlbəttə, çox çətindir. Korçadakı stadionda azarkeşlər böyük dəstək göstərir. Hamısı rəqib səviyyəsində çıxış edə bilir. Onu deməliyəm ki, belə azarkeş dəstəyimizin qarşılığında rəqiblərin ayaqları əsir.

- Turnirdə məqsədiniz nədir?
- Fikrimcə, bu il hamımız üçün irəli getmək vaxtı gəlib. Bu, həm Albaniya futbolu, həm də klubumuz üçün böyük addım olacaq. Ancaq mərhələ keçməyin biz oyunçular üçün də ilk növbədə qiymətimizi artırmaq baxımından çoxlu müsbət cəhətləri var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31