İbra "Real" Madridə keçə bilər

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç növbəti mövsümdən İspaniya La Liqasında forma geyə bilər.
Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, İsveç millisinin hücumçusunu "Real" (Madrid) transfer etmək istəyir. Bu məqsədlə artıq Zlatanın meneceri Mino Riola ilə Madrid klubunun nümayəndələrinin görüşdüyü bildirilib. Yaxın günlərdə transferin baş tutub-tutmayacağı məlum olacaq.
Qeyd edək ki, İbrahimoviç ötən mövsüm forma geydiyi 52 matçda 39 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31