Leonardo PSJ-ni tərk etdi
10 İyul 2013 19:39 İdmanMilli.Az sportnews-a istinadən xəbər verir ki, Leonardo PSG-nin idman direktoru postunu tərk edib. Bu barədə France Football məlumat verib. İstefanın səbəbi, hələ ki, qaranlıq olaraq qalır. Xatırladaq ki, Leonarda Fransa Futbol Federasiyası tərəfindən cəzalı vəziyyətdədir. Buna səbəb onun hakim Aleksandr Kastro ilə münaqişəsi olub.
Qeyd edək ki, "İnter" və "Milan"ın baş məşqçisi olan Leonardo 2011-ci ildən PSJ-nin idman direktoru idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31