Raul yenidən "Bernabeu"ya qayıdır!
11 İyul 2013 01:12 İdmanMadrid "Real"ının əfsanələrindən olan Raul Qonzales, yenidən Madridə qayıdaraq, keçmiş komandasına qarşı çıxış şıxış etmək imkanı qazanıb. Siasport.az saytı xəbər verir ki, hazırda Qətərin "Al Sadd" futbol klubunda çıxış edən ulduz futbolçu, "Bernabeu Kuboku"nda keçmiş komandasına qarşı mübarizə aparacaq. Məsələ burasındadır ki, kral klubu bu il "Bernabeu" turnirinə "Al Sadd" klubunu dəvət edib. Avqustun 22-də keçiriləcək "Bernabeu Kuboku", "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31