Droqba Joze Mourinyonun təklifini rədd etdi!
11 İyul 2013 02:25 İdmanHazırda Londonun "Çelsi" futbol klubunun sükanı arxasında olan Joze Mourinyo, köhnə dostu və vaxtı ilə "Çelsi"də rəhbərliyi altında oynamış Didye Droqbaya "Qalatasaray"dan ayrılaraq onun komandasına keçməyi təklif edib. Siasport.az saytı xəbər verir ki, bu barədə ulduz futbolçunun meneceri olan Ceylan Çalışkan, "Radiyospor"a açıqlamasında elan edib. O bildirib ki, keçən həftə J.Mourinyonun D.Droqbanı aradığını, onu yenidən "Çelsi"də görmək istədiyini və əsas heyətdə ona güvənmək istədiyini çatdırıb. Lakin portuqaliyalı dostunun və keçmiş məşqçisinin bu dəvətini nəzakətlə geri çevirən D.Droqba bildirib ki, o özünü "Qalatasaray"da daha rahat və xoşbəxt hiss edir. C.Çalışkanın dediyinə görə, ulduz futbolçu J.Mourinyo ilə söhbətində yeni mövsümdə "Qalatasaray"da ona bəslənən ümidləri doğrultmaq üçün çalışacağını bildirib.