Tyaqo Silva "Barselona" ilə anlaşdı
10 İyul 2013 20:27 İdman"Barselona" PSJ-nin müdafiəçisi Tyaqo Silva ilə şəxsi müqavilə imzalayıb. Milli.Az sporta.es-ə istinadən xəbər verir ki, 28 yaşlı Braziliya yığmasının oyunçusu 5 illik Katalon klubu ilə müqavilə bağlamağa hazırdır. Mənbənin məlumatına görə, əgər müdafiəçi "Barsa"ya keçsə, klubun liderləri Xavi və İnyesta kimi qazanacaq.
Qeyd edilir ki, danışıqlar zamanı iki tərəfin də əhəmiyyətli güzəştlərə getdikləri bildirilir. "Barselona" PSJ ilə transfer məbləğini anlaşmalıdır, lakin parislilər Silvanı satmağa razı deyillər. Xatırladaq ki, kataloniyalar 32 milyon avro verməyə hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31