İranla əməkdaşlıq memorandumu imzalanacaq
10 İyul 2013 12:49 İdmanİranın gənclər və idman naziri Mohammad Abbasi Azərbaycanda səfərdədir. GİN-dən "OLAYLAR"-a verilən məlumata görə, səfər çərçivəsində İran nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarətdən sonra isə iranlı nazirin azərbaycanlı həmkarı Azad Rəhimovla görüşü nəzərdə tutulub. Görüş zamanı "İran İslam Respublikası Milli Gənclər Təşkilatı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu"nun müddəalarının həyata keçirilməsi, 2013-2014-cü illər üçün İcraiyyə Planının hazırlanması, Azərbaycanla İran arasında gənclər və idman sahələrindəki indiki vəziyyət və gələcək perspektivlər müzakirə olunacaq. İran nümayəndə heyəti Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında və Gənclər Təşkilatları Milli Şurasında da görüşlər keçirəcək. Proqrama uyğun olaraq nümayəndə heyəti 2015-ci il Avropa Oyunları Atletlər kəndi ilə tanış olacaq.