“Real” Madridin futbolçusu “Napoli”də

"Real"ın futbolçusu Xose Kalexon klubunu dəyişib. "Qafqazinfo" xəbər verir ki, Kalexon "Napoli"yə transfer olub. Futbolçu 10 milyon avro müqabilində İtaliya klubuna keçib. Kalexon "Napoli"dən illik 2.5 milyon avro qazanacaq. Tibbi müayinədən keçdikdən sonra Kalexon yeni komandasının düşərgəsinə qatılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31