Joze Mourinyo "Çelsi" azarkeşlərinə söz verdi
10 İyul 2013 04:27 İdmanMadrid "Real"ını "Çelsi"yə dəyişən Joze Murinyo, "dumanlı albiom" mətbuatında maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol mütəxəssisi, "The Sun"a müsahibəsində "Çelsi"nin azarkeşlərinə yeni mövsüm daha yaxşı uğurlar əldə edəcəyi ilə bağlı söz verib: "Çelsi" azarkeşlərini əldə edəciyimiz uğurlarla, göstərdiyimiz oyunla xoşbəxt etmək istəyirik. Onlar üçün hər zaman bütün gücümüzü ortaya qoyacağıq. Amma ən çətin olanı qazanmaq üçün risklər də edəcəyik. 2006-ci ilin aprel ayında "Vest Hem"lə oynadığımız matçı xatırlayıram. Həmin qarşılaşmada 0:1 hesabı ilə geridəydik. Üstəlik Manişenin qırmızı vərəqə görməsindən sonra 10 nəfərlə qalmışdıq. Hələ də qumar oynayıram, çünki on nəfərlə də qazanmağı istəyirəm. Necə ki, o zamanda 4:1 hesabı ilə qələbə qazanmışdıq".