“Rəvan” Serbiya və Ukraynanın elita klubları ilə qarşılaşacaq

Paytaxt Bakıda hazırlıqlarını davam etdirən "Rəvan" iyulun 15-də Sloveniyaya yola düşəcək. Apasport.az saytının məlumatına görə, Mərkəzi Avropa ölkəsinə gedəcək komandaya Slovakiya, Portuqaliyadan legionerlər qoşulacaq.
"Rəvan" orda daha bir neçə yoxlama oyunu keçirəcək. Hələ yoxlama oyununda üzləşəcək komandaların adları bilinməsə də, bunların Sloveniyada hazırlıq keçən Serbiya və Ukrayna elitasının klubları olacağı dəqiqdir.
Qeyd edək ki, hazırda "Rəvan"ın düşərgəsində baxışda olan yeganə futbolçu sloveniyalı mərkəz müdafiəçisi Yovan Vidoviçdir. İyulun 13-də AZAL ilə görüşdə özünü yaxşı tərəfdən göstərsə, o zaman onunla Sloveniyaya yollanmazdan öncə müqavilə bağlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31