İki oyunda 146 qol vuruldu

Nigeriyada futbol komandaları arasında keçirilən iki həlledici oyunda 146 qol vurulub. Publika.Az-ın məlumatına görə, "Polis Maşin" klubu "Babayaro" klubuna 67-0 hesabı ilə qalib gəlib. "Plato Yunayted Fiders" klubu isə "Akurbu" klubunu 79 qolla udub.
Liqa rəhbərləri isə hər iki oyunun nəticələrini ləğv etməli olublar. Rəsmi şəxslər bir müddətliyə vəzifələrindən uzaqlaşdırılıblar. Hazırda rəhbərlərin biabırçılıq adlandırdıqları nəticələr araşdırılır. Hər hansı fırıldağın olub-olmaması nəticələrdən sonra üzə çıxacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31