Nazirliyin yaranmasının 19 illiyi qeyd olunacaq

İyulun 26-da Gənclər və İdman Nazirliyinin yaranmasının 19 ili tamam olur. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, nazirliyin yaranması münasibətilə Baş İdarə bir sıra tədbirlər keçirəcək. Bu məqsədlə hazırlanmış tədbirlər planına uyğun olaraq Baş İdarə tərəfindən bədii-əyləncəli proqram keçiriləcək. Proqram zamanı gənclər sahəsində göstərdiyi səmərəli fəaliyyətə görə, bir sıra gənclər təşkilatlarının rəhbərləri mükafatlandırılacaq. Tədbirdə incəsənət ustaları da iştirak edəcək. Qeyd edək ki, Gənclər, İdman və Turizm Nazirliyi 1994-cü il, iyulun 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı fərman əsasında yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31