O, il ərzində 78,1 milyon dollar qazanıb SİYAHI

Ən çox qazanan idmançılar

"Forbes" jurnalı 2013-cü ilin ən çox qazanan idmançılarının adlarını açıqlayıb. ANS PRESS-in məlumatına görə, siyahıya qolf ustası Tayqer Vuds rəhbərlik edir. Onun bu illik gəliri 78,1 milyon dollar olub. Vudds ötən 12 ay ərzində 6 turnirdə qələbə çalıb. Bundan əlavə o dünyanın bir çox ölkələrində keçirilən tədbirlərə qatıldığı üçündə pul alıb.
İkinci pillədə dünyanın ən yaxşı tennisçilərindən biri hesab edilən Roger Federerdir. O, 71,5 milyon dollar sərvət əldə edib.
Siyahıda 3 qadın idmançının da adı yer alıb. Onların hər 3-ü tennisçidir. 26 yaşlı rusiyalı gözəl Mariya Şarapova 126-cı sıradakı yerini 29 milyon dollarla əldə edib. Serena Uillyams 20,5 milyonla 68, Li Na isə 18,2 milyon dolarla 85-ci pillədə yer tutub.

Ən çox qazanan 10 idmançı isə bunlardır:

1-Tayqer Vuuds (qolf) 78,1 milyon dollar
2- Roger Federer (tenis) 71,5 milyon dollar
3- Kobe Bryant (basketbol) 61,9 milyon dollar
4- Lebron Ceyms (basketbol) 59,8 milyon dollar
5- Dru Brees (Amerika futbolu) 51 milyon dollar
6- Aaron Rodqers (Amerika futbolu) 49 milyon dollar
7- Fil Mikelson (qolf) 48,7 milyon dollar
8- Devid Bekhem (futbol) 47,2 milyon dollar
9- Kristiano Ronaldo (futbol) 44 milyon dollar
10- Lionel Messi (futbol) 41,3 milyon dollar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31