Mario Qomes "Fiorentina"ya keçdi

Milli.Az sportnews-a istinadən xəbər verir ki, Münhen "Bavariya"sının forvardı Mario Qomes karyerasını "Fiorentina"da davam etdirəcək. Alman mətbuatının məlumatına əsasən, "Bavariya" rəhbərliyi italyanların təklifinə müsbət cavab veriblər. Florensiyalılar forvardın transferi üçün 16 milyon avro ödəyəcəklər. Qalan 4 milyon avro isə tədricən "Bavariya"nın hesabına köçürüləcək.
Xatırladaq ki, Mario Qomes artıq "Fiorentina" ilə şəxsi 4 illik müqaviləni razılaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31