"Barsa" David Vilyanı madridlilərə satdı

İspaniyalı hücumçu David Vilya yeni mövsümdən Madridin "Atletiko" klubunun şərəfini qoruyacaq. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu transfer sayəsində futbolçunun sabiq klubu "Barselona" cari ildə 2,1 milyon avro, 2014/2015-ci il mövsümündə isə daha 2 milyon avro əldə edəcək.
Əgər Vilya madridlilərin heyətində çıxışını davam etdirsə, "Barsa" daha 1 milyon avro qazanacaq.
Transfer müqaviləsinin şərtlərinə əsasən, "Atletiko" hücumçunu satmağa qərar versə, "Barselona" həmin transfer məbləğinin 50 faizini əldə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31