“Qalatasaray”ın yeni 10 nömrəsi
8 İyul 2013 13:01 İdmanİki mövsümdür "Qalatasaray" klubunda 10 nömrəli foramanı braziliyalı Felipe Melo geyinir. "Qafqazinfo" xəbər verir ki, klub Melonun qalıb qalmayacağı məsələsini həll etdiyi bir zamanda, 10 nömrəli formanı Uesli Sneyderə əmanət etməyi planlaşdırır. "Cim Bom" Melonun yerinə başqa bir braziliyalı futbolçu Velinqtonu transfer etmək istəyir. Bu səbəbdən Felipenin klubda qalması məsələsi bir qədər inandırıcı görsənmir. Baş məşqçi Fatih Tərim də Melo ilə vidalaşan kimi 10 nömrəni Sneyderə verməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31