Ronaldu Gürcüstanda məktəb açdı

Dünya futbolunun ulduzu, Portuqaliya yığmasının və Madridin "Real" komandasının oyunçusu Kriştianu Ronaldu Tbilisidə bazar günü Tbilisi "Dinamo"sunun futbol akademiyasını açıb. Məktəbə Vitali Daraseliyanın adı verilib. Açılışda, həmçinin Ukrayna futbolçusu Andrey Şevçenko və Gürcüstanın energetika naziri, Gürcüstan yığmasının sabiq kapitanı Kaxa Kaladze də olublar. Tbilisi "Dinamo"sunun prezidenti Roman Pipiyanın bildirdiyinə görə, bu regionda ən böyük və müasirləşdirilmiş futbol məktəbidir. Ronaldu, öz növbəsində, qeyd edib ki, o, həmişə futbol məktəblərinin açılışı ilə bağlı belə təntənəli tədbirlərdə iştirak etməyə şaddır."Uşaqların  futbolçu olması və sonra özlərinin həyatını təmin etməyə imkan əldə etməsi çox yaxşı haldır", - Ronaldu qeyd edib. trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31