“Dənizlispor”un prezidenti: Azərbaycanlı futbolçunun qiymətini qaldırırlar

"Dənizlispor"un prezidenti Süleyman Urkay Rail Məlikovun gedişindən sonra onun yerinə azərbaycanlı futbolçu almaqda israrlıdır. Apasport.az saytının məlumatına görə, millimizin sabiq müdafiəçiləri Vurğun Hüseynovla Saşa Yunisoğlunu transfer siyahısına daxil edən Dənizli təmsilçisi birində problem yaranacağı halında diqqətini digərinə çevirəcək.
Urkay transferdə çətinliyin yaranmağının təşvişə səbəb olmamağını istəyib: "Menecerlər klublar arasında rəqabət yaradıb qiyməti qaldırır. Əlbəttə, bizim də çalışmalarımız var. Qarşıdakı günlərdə önəmli dəyişiklər olacaq".
Qeyd edək ki, hər iki müdafiəçi mövsüm bitəndən sonra "Sumqayıt"a keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31