“Neftçi”nin oyunu kiprli hakimə tapşırıldı

Azərbaycan çempionu "Neftçi"nin Çempionlar Liqasında keçirəcəyi ilk oyunun hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsinin ilk oyunu kiprli Leontios Trattouya tapşırılıb.
Referi bakılıların iyulun 23-də Albaniya təmsilçisi "Skenderbeu" ilə görüşündə fit çalacaq. Bu qarşılaşma 8-ci km stadionunda baş tutacaq.
Qeyd edək ki, "Neftçi" - "Skenderbeu" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31