Əsədə Ramazan təklifi
Suriya müxalifəti Ramazan ayında döyüşləri dayandırmaq istəyir
8 İyul 2013 11:06 İdmanMilli koalisiyasının yeni seçilmiş rəhbəri Əhməd Cabra Bəşər Əsədə sadiq ordu birlikləri tərəfindən mühasirəyə alınan Homs şəhərində müqəddəs Ramazan ayı ərzində atəşkəsin elan olunmasını təklif edib. ANS PRESS xarici mətbuata istinadən xəbər verir ki, artıq ordu birlikləri Homsun döyüşçülər yerləşdiyi rayonları mühasirəyə alıb, hazırda şəhərdə qızğın döyüşlər gedir.Suriya müxalifətinin hərbi qanadının rəhbəri Səlim İdris tabeliyində olan bütün döyüşçüləri Homsun müdafiəsinə çəlb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31