"Aktobe"nin sabiq yarımmüdafiəçisi Zaqatalada
4 İyul 2013 20:01 İdman"Simurq" növbəti mövsümün hazırlıqlarını Türkiyənin Kartəpə bölgəsində davam etdirir. Apasport.az saytının məlumatına görə, hazırda Zaqatala təmsilçisinin düşərgəsində baxışda bir neçə oyunçu var.
Onlardan biri çexiyalı Lukaş Bayerdir. Dünən Gürcüstanın "Dila" klubu ilə oyunda dubl etməklə komandasını hesabda önə keçirən Bayer sağ cinah yarımmüdafiəçisidir. Hazırda 28 yaşı olan futbolçu "Siqma"nın yetirməsidir. Ölkəsində "Atletik Slovan", "Znoymo", "Hanaka Slaviya", "Dosta"nın şərəfini qoruyan Lukaş Hollandiyanın "Herakles" klubunda icarə əsasında çıxış edib.
2009-cu ildə "Siqma" ilə Avroliqada oynayan futbolçu ötən ilin fevralında "Aktobe"yə keçib. Qazaxıstanda 24 oyuna 5 qol vuran Bayerin son klubu Çexiyada Jijkov "Viktoriya"sı olub. O, qışda keçdiyi aşağı dəstə klubunda cəmi 2 oyuna çıxıb.