"Barsa" Runiyə 25 milyon avro təklif edir
4 İyul 2013 19:59 İdmanMilli.Az sportnews-a istinadən xəbər verir ki, "Barselona" "Mançester Yunayted"in hücumçusu Ueyn Runini heyətinə qatmaq ümidlərini itirmir. Kataloniya klubu bu transfer əməliyyatına David Vilyanı da qoşa bilər. Hazırda İspaniya çempionu Runi ilə mankunianlıların yeni baş məşqçisi Devid Moyesin arasında keçiriləcək danışıqların nəticəsini gözləyir. Ueynin gələcək taleyinə məhz həmin görüşdən sonra aydınlıq gələcək. "Barsa" Runiyə görə qarşı tərəfə 25 milyon avro, üstəlik, David Vilyanı verməyə hazırdır.
Qeyd edək ki, 32 yaşlı forvard "Tottenhem", "Arsenal" və "Liverpul"la ilkin danışıqlar aparıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31