"Barselona"nın daha bir rekordu

İspaniyanın "Barselona" klubu forma satışında rekord qırıb. Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, səfər oyunlarında geyəcəyi "sarı qırmızı" rəngli formasını iyunun 19-da satışa çıxaran klubun bütün mağazalarında artıq formalarının hamısı satılıb.
Əldə olan formaların bitməsi ilə yeni sifarişləri çətinliklə çatdırılan forma, sadəcə Kataloniya klubunun deyil, dünyadakı bütün komandalar arasında ən tez satılan forma olub.
Qeyd edək ki, sözügedən formanın təqdimatında "Barsa"nın prezidenti Sandro Rossel onun ən çox satılacağını demişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31