“Çelsi” klubu Van Kinkelin keçidini elan edib
4 İyul 2013 13:48 İdmanİngiltərənin "Çelsi" klubu Niderlandın "Vitess" klubu ilə yarımmüdəfiəçi Marko van Kinkelin keçidi ilə əlaqədar prinsipial razılığa gəlib. Trend-in məlumatına görə, bu barədə məlumat İngiltərə klubunun rəsmi saytında yerləşdirilib.
Yaxın vaxtlarda oyunçu tibbi müayinədən keçmək və şəxsi müqaviləni imzalamaq üçün Londona gələcək. Razılaşmanın maliyyə tərəfləri açıqlanmır.
Daha əvvəl məlumat verilirdi ki, Niderlandın gənclərdən ibarət yığma komandasının üzvü 8,5 milyon avro müqabilində Çelsiyə keçəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31