“Dənizlispor”un Məlikovdan “Qəbələ”yə keçidə görə istədiyi təzminat
4 İyul 2013 13:47 İdmanAzərbaycan milli komandasının sabiq futbolçusu Rail Məlikov son 1 ildə şərəfini qoruduğu "Dənizlispor" klubunun növbəti mövsümün hazırlığına qatılmayıb. Apasport.az saytının məlumatına görə, klubun bazasında keçirilən və prezident Süleyman Urkay başda olmaqla rəhbərliyin də izlədiyi ilk məşqdə yalnız 1 futbolçumuz - Arif İsayev iştirak edib.
Türk həmkarlarımız ötən mövsüm heyətində olan futbolçularından demək olar hamısını itirən I divizion təmsilçisindən Məlikovun da gedişinin gündəmdə olduğu yazır. Məsələ ondadır ki, onlar müdafiəçimizin Azərbaycandan bir klubdan anlaşdığını bildirir. Bu isə "Qəbələ"dir ki, Railin onunla müqavilə imzalanmağı ilə bağlı danışıqları hələ rəsmən yekunlaşmayıb. Türkiyə mətbuatı Dənizli təmsilçisinin klubumuzun Məlikovun alacağının qarşılığında təzminat istədiyini bildirir. 28 yaşlı futbolçumuz ötən yay "Dənizlispor"la "1+1" şərti ilə müqavilə imzalayıb. Yəni anlaşma bitsə də, klubla gedişi ilə bağlı danışıqlar aparmaq lazımdır.
Qış fasiləsində transfer olunan Arif isə müqaviləsi olduğundan, komandada çıxışını davam etdirəcək. Yarımmüdafiəçi "Dənizlispor"un ötən mövsüm heyətindən qalan 4 futbolçudan biridir.