“Neftçi” ilə oyunda futbolçularımız həyəcanlı idi”

"Neftçi" ilə oyunda futbolçularımdan tam razı qaldım. Onlar yaxşı mübarizə apardılar". Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın "Enerji" klubunun baş məşqçisi Rudi Bommer deyib.

Kotbus təmsilçisinin çalışdırıcısı Avstriya toplanışı zamanı Azərbaycan çempionu "Neftçi" üzərindəki yoxlama oyunundakı 2:0 hesablı qələbədən məmnun qalıb: "Yetirmələrim bir anlıq da olsun oyundan qopmurdular. Lakin ilk hissədə istədiyimiz oyunu görə bilmədim. Futbolçularımız bir az həyəcanlı idi. Bu üzdən qol vurmaqda çətinlik çəkirdik. Toplanışı qələbə ilə başladığımız üçün də çox şadam.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31